Müharibə qızışır: ABŞ Yaxın Şərqə əlavə qoşun göndərdi

12.03.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Avropadan Yaxın Şərqə əlavə hava hücumundan müdafiə vasitələri göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Aleksus Qrinkeviç məlumat verib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi HHM sistemləri artıq Yaxın Şərqə, xüsusilə də Şərqi Aralıq dənizi bölgəsinə yerləşdirilib.

Bundan əlavə qeyd olunub ki, ABŞ Avropadan bir piyada briqadasını çıxarıb. Bununla yanaşı, regiondakı ümumi hərbi kontingentin sayı dəyişməz saxlanılır.

Vaşinqtonun bu addımı İran ətrafında artan gərginlik fonunda regionda müttəfiqlərin təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью