Müharibə qorxusu İsraili bürüyüb: İran yəhudi bayramları...

02.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran yəhudi bayramları zamanı İsrailə zərbə endirə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz “Qərar Zamanı: Demokratiya və Cəmiyyət” konfransında çıxışı zamanı belə deyib. 

Müdafiə naziri İsrailin İranı hər gün izlədiyini və hücuma məruz qalacağı təqdirdə zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq edib.

O, həmçinin Tehranın nüvə proqramının məhv edildiyini təkrarlayıb və qeyd edib ki, İsrailin onun bərpasını imkan verməməlidir.

Katz həmçinin bildirib ki, İsrail yəhudi bayramı dövründə İranın hücum ehtimalına hazırlaşır və bu baş verərsə əhəmiyyətli güclə cavab verməyə hazırdır.

“Onlar yəhudi bayramlarına hücum etməyi sevirlər. Çünki yəhudilərə nifrət edirlər. Keçmişdə baş verən bir çox şeyə baxın. Amma biz bu sahədə ABŞ ilə koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum baxımından hazırıq.

Baş nazir və mən bunu İsrail Müdafiə Qüvvələri ilə birlikdə gündəlik olaraq, bəzən gecəyarısı qırmızı telefonla izləyirik”, - deyə Katz bildirib.

Nazir İsrail Hərbi Hava Qüvvələri də daxil olmaqla, Müdafiə Qüvvələrinin lazım gələrsə, İrana zərbə endirməyə hazır olduğunu bildirib.

Katz qeyd edib ki, İsrail hazırda Hörmüz boğazı və enerji təhlükəsizliyi ilə əlaqədar Amerikanın maraqlarına görə, ABŞ-nin İrana qarşı hücumlarda liderliyi ələ almasına icazə verir.

Nazir həmçinin, İsrailin “Yüksələn Aslan” əməliyyatı zamanı İranın nüvə proqramını məhv etdiyini vurğulayıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью