Icma.az, Bakivaxti saytına istinadən bildirir. Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.Bakıvaxtı.az-ı
Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var:“Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır.
Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”.Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması təqdirolunacaq yanaşmadır.Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi sülh sazişini sadəcə Paşinyan hökuməti ilə imzalamır:"İmzalanacaq sülh sazişi regiona sülh gətirməlidir.
Bunun arxasında erməni ictimai rəyi və istəyi durmalıdır. Məhz bu baxımdan Azərbaycan Ermənistandan birmənalı tələb edir ki, öz Konstitusiya
Ermənistan yenidən müharibə sevdasına düşməməlidir. Bunun üçün də erməni ictimaiyyətinin rəyinə ehtiyac var.
Paşinyan dolayısı ilə bunu deyir”.Müsahibimiz vurğulayıb ki, ancaq bütünlüklə erməni şüuru dəyişməlidir.
N.Miri qeyd edib ki, buna görə Azərbaycan Ermənistandan Konstitusiyasının legitimləşməsini tələb edir:“Nikolun da dediyi kimi bugünədək Rusiyanın iradəsini təmsil edən saxta prezidentlərin dönəmində heç bir Konstitusiya referendumları legitim olaraq keçirilməyib.
Bu səbəbdən erməni xalqına müraciət zəruridir. Azərbaycanla müharibə istəyirlərmi?