Müharibə sərhədimizə yaxınlaşır Qonşu ölkəyə hücum: Qafqazı qarışdırmaq cəhdi | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Ukrayna son günlər Çeçenistandakı hərbi obyektləri hədəf seçib.
Belə ki, Kiyev bir həftə ərzində artıq ikinci dəfə Qroznı şəhərinə PUA hücumu həyata keçirib. Bunun səbəbi nədir?
Çeçenistan Ukraynanın hədəfinə niyə gəlib? Bu hücumlar Qafqaza nə vəd edir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Ukraynanın Çeçenistanı hədəf alması təsadüfi deyil: “Həmin PUA-lar yüksək səviyyədə vahid mərkəzdən idarə olunur.
Ukrayna üçün hansı bölgələrdə həyati əhəmiyyətli hədəflər varsa, oraya hücum həyata keçirilir.
Buna hərbi hədəflər, enerji, silah anbarları daxildir. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ən yaxın dostudu
Hər zaman Rusiyaya yardım etməyə, 84 minlik ordusunu ön cəbhəyə göndərməyə hazır olduğunu dəfələrlə bildirib.
PUA hücumları da hərbi obyektləri hədəfə alır. Bütün hallarda məqsəd Rusiyanı zəiflətməkdir.
Tam oxu
Xəbəri oxu