Müharibə təbilləri çalınır! İran son dövrlərin ən sərt mesajını verir

24.01.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə böyük dəniz donanmasının göndərildiyini açıqladıqdan sonra İran sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Reuters-ə danışan yüksək vəzifəli İran rəsmisi ABŞ-ın İrana qarşı istənilən hücumunun “tammiqyaslı müharibə” kimi dəyərləndiriləcəyini və buna ən sərt şəkildə cavab veriləcəyini bildirib.

Rəsmi şəxs Vaşinqtonun addımlarının real münaqişəyə çevrilməyəcəyinə ümid etdiklərini, lakin İran ordusunun ən pis ssenariyə hazır olduğunu vurğulayıb. O, İranın suverenliyi və ərazi bütövlüyü pozularsa, cavabın qaçılmaz olacağını deyib. Cavabın detalları açıqlanmayıb.

Donald Tramp isə Davosdakı Dünya İqtisadi Forumundan sonra verdiyi açıqlamada İranı yaxından izlədiklərini və ehtiyat tədbiri olaraq bölgəyə çox sayda hərbi gəmi göndərildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью