Müharibə təlaşı başladı: Əhali ərzaq yığır

04.11.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İranda hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ilə bağlı narahatlıqlar əhali arasında ərzaq ehtiyatı toplamaq tendensiyasını gücləndirib.

Turkustan.az xəbər verir ki, Həmədan şəhərində sakinlərin kütləvi şəkildə alış-veriş etməsi nəticəsində bəzi mağazalarda məhsul qıtlığı yaranmağa başlayıb.

Şəhərdən yayılan məlumatlara görə, hərbi gərginliyin artmasından ehtiyat edən insanlar gələcəkdə ərzaq təminatında problem yarana biləcəyini düşünərək gündəlik tələbat məhsullarını əvvəlcədən almağa çalışırlar.

Noyabrın 3-də alış-veriş üçün mağazaya gedən sakinlərdən biri satış rəflərinin böyük hissəsinin boşaldığını bildirib.

Məlumata əsasən, əhali əsasən gələcəkdə mümkün təchizat çətinliklərinə qarşı ərzaq və digər zəruri məhsulları ehtiyatda saxlamağa üstünlük verir./Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью