Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın dəstək reytinqi 33 faizə enib. Seçicilərin narazılığında əsasən iqtisadi vəziyyət, yaşayış xərclərinin artması, inflyasiya və İranla müharibə ilə bağlı narahatlıqlar önə çıxır.
Bəs Trampın dəstək reytinqinin 33 faizə düşməsinin əsas səbəbləri nələrdir və bu geriləmə onun siyasi mövqeyinə, eləcə də qarşıdakı aralıq seçkilərində Respublikaçılar Partiyasının nəticələrinə necə təsir göstərə bilər?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Prezident Donald Trampın reytinqinin tarixi minimuma enməsinin bir çox səbəbi var.
Onun sözlərinə görə, bu səbəblər arasında həm ölkədaxili siyasət, həm də ABŞ-nin xarici siyasət kursu ön planda yer alır:
“Daxili siyasətdə Trampın atdığı addımlar bir çox sosial təbəqələrin maraqlarına sarsıdıcı zərbələr vurub. Ona görə də Amerika cəmiyyətində Trampa qarşı ciddi etiraz dalğası mövcuddur. Hətta bir müddət öncə ABŞ-nin bir çox ştatlarında Trampa və onun administrasiyasına qarşı kütləvi etiraz aksiyaları, hətta iğtişaşlar baş vermişdi. Bu da onu göstərir ki, ABŞ vətəndaşlarının önəmli bir hissəsi Trampın daxili, sosial-iqtisadi siyasətindən narazıdır və bu, təbii ki, ABŞ-də siyasi proseslərə birbaşa təsir göstərəcək.
Digər tərəfdən, xarici siyasətdə də Tramp administrasiyasının atdığı addımlar Amerika cəmiyyətində mənfi qarşılanır. Belə ki, Yaxın Şərqdəki müharibənin nəticələri ABŞ cəmiyyətinə artıq mənfi təsir göstərir. Amerikalıların önəmli bir hissəsi həm müharibənin başlanmasına qarşı olduğunu bildirir, həm də müharibə nəticəsində yaranmış vəziyyətdən narazılığını büruzə verir. Bu da o deməkdir ki, Yaxın Şərqdəki müharibə Tramp administrasiyasının əleyhinə işləyən amillərdən biri kimi ön planda yer alır”.
Politoloq əlavə edib ki, bütün bunlar Trampın və onun hakimiyyət komandasının nüfuzuna sarsıdıcı zərbə vurur və eyni zamanda Respublikaçılar Partiyasının siyasi maraqları baxımından da ciddi problem yaradır:
“Aralıq seçkiləri bu baxımdan Respublikaçılar üçün böyük bir məğlubiyyətlə nəticələnə bilər. Bu isə Tramp administrasiyası üçün çox təhlükəli nəticə olardı. Çünki əgər Respublikaçılar aralıq seçkilərində məğlub olarsa, o zaman Trampın Konqresdə qanunvericilik gündəliyinə təsir imkanları ciddi şəkildə azala bilər.
Bunun da nəticəsində Tramp təxminən “topal ördək” vəziyyətinə düşə bilər. Yəni Trampın prezident kimi hazırkı səlahiyyətlərini tam həyata keçirmək imkanları məhdudlaşa bilər. Konqres Tramp administrasiyasının qəbul etdiyi mühüm qərarların həyata keçirilməsinə mane ola və nəticədə onun siyasətini reallaşdırmaq imkanlarını məhdudlaşdıra bilər.
Bu baxımdan, ümumilikdə, indiki vəziyyət Tramp administrasiyasını dəstəkləyən qüvvələr, o cümlədən Respublikaçılar Partiyası üçün aralıq seçkilərində ciddi risklərin olduğunu göstərir”, – deyə Elçin Xalidbəyli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bəs Trampın dəstək reytinqinin 33 faizə düşməsinin əsas səbəbləri nələrdir və bu geriləmə onun siyasi mövqeyinə, eləcə də qarşıdakı aralıq seçkilərində Respublikaçılar Partiyasının nəticələrinə necə təsir göstərə bilər?