“Müharibə Ukraynanı 100 il geri atıb” ABŞ nin yeni dövlət katibi

31.01.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin yeni dövlət katibi Marko Rubio hesab edir ki, Ukraynanın gələcəyi müharibə və kütləvi mühacirət təhlükəsi altındadır.

“AzPolitika” xəbər verir ki, ABŞ mediasına müsahibəsində Rubio qeyd edib ki, Ukraynada müharibə həddindən artıq uzanıb.

Onun fikrincə, hər iki tərəfdən danışıqlar və güzəştlər lazımdır: “Ukrayna 100 il geriyə atılıb və ölkəni milyonlarla vətəndaşın tərk etməsi səbəbi ilə onun gələcəyi təhlükə altındadır”.

O, həmçinin Co Bayden administrasiyasını “2012 və ya 2014-cü illərdəki, ruslar Krımı ələ keçirməzdən əvvəlki vəziyyətinə” qayıda biləcəyinə inandırmaqla Ukraynanı çaşdırmaqda ittiham edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью