Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında İran-ABŞ-İsrail qarşıdurmasının ikinci ayına keçidi analiz edilib.
Bildirilib ki, qarşıdurma ikinci ayına daha mürəkkəb hərbi mərhələ ilə daxil olub. İlk həftələrdə üstünlük uğrunda aparılan intensiv hava-raket müharibəsi artıq uzunmüddətli strateji toqquşma xarakteri alıb. İranın ballistik raket və dron zərbələrinə cavab olaraq ABŞ-İsrail tandemi hava və raket hücumlarını daha da genişləndirib.
Müharibə uzanır, ehtiyatlar tükənir: Resurs savaşı başlayır - VİDEO
Qeyd olunub ki, hücumların istiqaməti dəyişərək yalnız hərbi bazalarla məhdudlaşmır, artıq hərbi sənaye obyektləri və strateji infrastruktur da əsas hədəflər sırasındadır.
Təhlildə vurğulanıb ki, qarşıdurmanın uzanması tərəflərin silah-sursat ehtiyatlarını ön plana çıxarıb. Xüsusilə, "Tomahawk", THAAD və "Patriot PAC-3" sistemlərinin yüksək sərfiyyatı müharibənin resurs imkanları ilə bağlı sualları artırır.
Ekspertlərə görə, əsas diqqət indi mümkün quru əməliyyatları ehtimalına yönəlib. ABŞ-nin regiona əlavə canlı qüvvə göndərməsi münaqişənin xarakterini dəyişə bilər. Bununla yanaşı, pərdəarxası atəşkəs danışıqları hələ də gərginliyin azalması üçün əsas amil hesab olunur.