Müharibə və sanksiyalar İranı dərmansız qoydu

21.09.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda müharibə və ABŞ sanksiyalarının ağırlaşdırdığı iqtisadi böhran dərman tədarükündə ciddi problemlərə səbəb olub.

Turkustan.az xəbər verir ki, ölkədə təxminən 800 dərmanın çatışmazlığı xroniki və ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insanın müalicəsini çətinləşdirib.

Sürətlə artan qiymətlər səbəbindən bəzi xəstələr dərman dozalarını azaltmağa, həkimə müraciətini təxirə salmağa və ya daha ucuz, lakin daha az təsirli dərmanlara keçməyə məcbur qalırlar.

Ölkədə fəaliyyət göstərən 18 mindən çox aptek isə sığorta şirkətlərindən ödənişlərin gecikməsindən əziyyət çəkir. Sığorta şirkətlərinin apteklərə borcunun təxminən 300 milyon dollara çatdığı bildirilir.

Aylardır ödəniş ala bilməyən apteklər dərman ehtiyatlarını yeniləməkdə çətinlik çəkir və bu da ölkədə dərman çatışmazlığını daha da dərinləşdirir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью