Müharibə veteranı Gülnigar Rəhimova: Ərimlə ailə quranda başqasını sevirdim | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında şairə, jurnalist, müharibə veteranı Gülnigar Rəhimova keşməkeşli həyat yolundan bəhs edib.
Gənc yaşda ailə qurduğunu söyləyən G.Rəhimovanın sözlərinə görə, həyat yoldaşı ilə sevmədən evlənib: "Mən başqasını sevirdim, onunla bir-birimizə söz vermişdik.
Sevdiyim adama "instituta girim, evlənərik" demişdim. Amma yoldaşım məni qaçırdı. Gürcüstana gəlin köçdüm, 18 yaşımı orada qeyd etdik.
İki ildən sonra isə övladım dünyaya gəldi". Şairə bildirib ki, əri övladları doğulduqdan sonra uşağını onun əlindən alıb: "Qızımı dünyaya gə
Bu zaman yoldaşım da balamı aparıb analığına verdi, onun adına keçirdi. Bunu mənə dediklərində inana bilmədim.
Xəstəxanadan evə gəldim, payla yoldaşımın evinə getdim. Orada uşağımı məndən gizlədərək "biz sənə onu verməyəcəyik" dedilər.
Mən ərimdən ayrılmamışdım, amma o, başqa qadınla birlikdə yaşayırdı. Daha sonra məhkəmə oldu, övladımı mənə verdilər".
Tam oxu
Xəbəri oxu