Müharibə veteranlarına hansı güzəştlər edilir?

25.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müharibə veteranları bir sıra sosial güzəştlərdən yararlana bilərlər.

Milli.Az xəbər verir ki, bu güzəştlərə aylıq təqaüd, vergi azadolmaları, təhsil haqqının dövlət hesabına ödənilməsi və digər imtiyazlar daxildir.

Qanunvericiliyə əsasən, müharibə veteranı statusunu təsdiq edən vəsiqəni aldıqdan sonra aylıq 80 manat təqaüd almaq hüququ yaranır.

Bundan başqa, əlillik müəyyən edilmədiyi halda ağır xəsarət alanlara 2 750 manat, yüngül xəsarət alanlara isə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur.

Müharibə veteranları işçilərin ixtisarı zamanı işdə saxlanılmağa üstünlük hüququna malikdirlər. Onlara ən azı 46 təqvim günü məzuniyyət, işçinin xahişi ilə isə bir iş ili ərzində 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Veteranlar üçün vergi güzəştləri də nəzərdə tutulub. Muzdlu işdən əldə olunan aylıq gəlirin 400 manatlıq hissəsi vergidən azad edilir, torpaq vergisi 10 manat, əmlak vergisi isə 30 manat azaldılır.

Eyni zamanda, bakalavr, magistratura və kollec səviyyələrində ödənişli təhsil alan müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Onlar həmçinin özünüməşğulluq proqramına növbədənkənar cəlb olunur, kiçik ailə təsərrüfatı və müəssisələrinin qurulması üçün aktivlərlə təmin edilirlər.

Veteranlara narkoloji dispanser və sağlamlıq haqqında arayışlar da ödənişsiz verilir.

Müəllif: Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью