Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresinə seçkilərdən əvvəl və ya sonra İrana zərbələrin endirilməsi ehtimalını istisna etməyib.
"Bakupost" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına bildirib.
Bununla belə, ABŞ prezidenti belə zərbələrin mütləq endiriləcəyini söyləməkdən imtina edib.
“Mən belə deməzdim. Yəni, bu mümkündür, amma sadəcə bunu belə demək istəmirəm", - deyə o bildirib.