Müharibə zamanı ticarət paradoksu: Savaş da davam edir, alış veriş də..

03.02.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

1854-cü il Krım müharibəsindən başlayaraq, böyük dövlətlər arasında baş verən müharibələrin əksəriyyətində tərəflər ticarət əlaqələrini qorumağa üstünlük veriblər. Məsələn, Rusiya Krım müharibəsi dövründə Böyük Britaniyaya, Britaniya sənayesi üçün zəruri olan bir sıra xammal məhsullarının tədarükünü davam etdirib.

Qaynarinfo xəbər verir ki, bunu "Foreign Affairs" yazıb.

"Müasir tarixin ən qanlı münaqişələrindən biri olan I Dünya müharibəsinin əvvəlində Böyük Britaniya rəqiblərinə pulemyot ixracına icazə verib. 1965-ci il Hindistan-Pakistan müharibəsi zamanı isə Hindistan Pakistana polad, dəmir və kömür ixrac edib. Bu qanunauyğunluq bu gün də qüvvədə qalır", deyə "Foreign Affairs" qeyd edib.

Nəşrin yazdığına görə, demək olar ki, üç il ərzində - 2022-ci ilin fevralından 2025-ci ilin yanvarınadək - döyüş meydanında itkilərin artmasına baxmayaraq, Rusiya qazı Ukrayna boru kəmərləri vasitəsilə nəql olunmağa davam edib. Rusiya nefti isə hələ də Ukrayna ərazisindən keçir.

Məqalədə vurğulanır ki, ticarət müharibənin qarşısını ala bilməsə də, müharibə də mütləq şəkildə ticarəti dayandırmalı deyil. Dövlətlər müharibə dövründə ticarət siyasətini elə qururlar ki, daxili iqtisadiyyat üçün maksimum fayda əldə olunsun və eyni zamanda bu siyasətin rəqibə verə biləcəyi hərbi üstünlük minimuma endirilsin:

"Məhz bu incə balans bir çox ölkələrə cəbhənin fərqli tərəflərində olduqları halda belə ticarəti davam etdirməyə imkan verir".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью