Müharibədə 50 mindən çox fələstinli öldü

25.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.

Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью