Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vyetnam müharibəsi 20-ci əsrin ən böyük yerli silahlı münaqişələrindən biri olub və on minlərlə insanın həyatına son qoyub.
Onun məşhur iştirakçılarından biri amerikalı əsgər Ceremayya Denton idi.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ Milli arxiv saytının məlumatına görə, 1965-ci il iyulun 18-də Hərbi Dəniz Qüvvələrinin komandiri Ceremayya E.
Denton Şimali Vyetnamdakı hərbi obyektə hava zərbəsi zamanı vurulub.
Həmin gün onu Şimali Vyetnam qüvvələri əsir götürüb və orada yeddi il yeddi ay vəhşi rəftara dözüb.
O, cəsarətli bir addım ataraq – dünyaya gözləri ilə mühüm mesaj göndərərək tarix yazıb.
"1966-cı il mayın 2-də təbliğat kampaniyası çərçivəsində şimali vyetnamlılar ondan bir yapon müxbiri tərəfindən televiziyada müsahibə almasını təşkil ediblər.