Müharibədə hər gün min rus əsgəri ÖLDÜRÜLÜR

22.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Dekabr ayında Ukraynadakı müharibədə Rusiya hər gün orta hesabla təxminən 1000 nəfəri itirib.

“Cebheinfo.az” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib. Rutte deyib: 

"Bəli, dekabr ayında rusların hər gün 1000 nəfərinin öldüyü məlumdur. Bura ağır yaralananlar daxil deyil. Dekabr ayında bu rəqəm 30 mindən çoxdur".

NATO-nun baş katibi bu məlumatları Avropa siyasət prioritetləri ilə bağlı müzakirə kontekstində qeyd edib. O bildirib ki, Donald Trampın tələblərinə, xüsusən də Qrenlandiya ilə bağlı açıqlamalarına həddindən artıq diqqət yetirilməsi Avropa ölkələrini Ukraynanı dəstəkləməkdən yayındırır. Rutte bildirib ki, indi əsas problem Qrenlandiya deyil, əsas problem Ukraynadır.

O əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynadakı hücumlarını davam etdirir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью