Müharibədə ilk: Ukrayna ordusu məhv etdi

06.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusu ilk dəfə cəbhədə Şimali Koreyanın raket sistemini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Şimali Koreyanın “Bulsae-4” tank əleyhinə raket kompleksi Xarkov vilayəti yaxınlığında vurulub.

“Bulsae-4”dən əlavə, koreyalılar Rusiyaya çox sayda M1989 haubitsası və M1991 raket buraxılış qurğuları da göndəriblər. Həmçinin hazırda Rusiyada Şimali Koreyanın 11 minlik canlı qüvvəsinin olduğu bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью