Müharibədə itkin düşən ermənlərlə bağlı qapalı iclas

30.01.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 30-da Ermənistan Milli Assambleyasında 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri ilə qapalı görüşün keçirilməsi planlaşdırılır. 

Görüşü Ermənistan parlamentinin sədri Alen Simonyan aparacaq.

“Cebheinfo.az” xəbər verir ki, iclasda Milli Assambleyanın müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan, onun digər üzvləri, eləcə də bütün fraksiyaların deputatları iştirak edəcəklər.

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan, hüquq müdafiəçisi Anahit Manasyan, baş prokuror Anna Vardapetyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və İstintaq Komitəsinin sədri Artur Poqosyan müzakirələrdə iştirak etmək üçün parlamentə gəliblər.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью