Müharibədə növbəti ilk yaşandı Rusiya Ukraynaya qitələrarası ballistik raketlə hücum etdi AzPolitika onlayn siyasiictimai qəzet

21.11.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya ilk dəfə qitələrarası ballistik raketlə Ukraynaya hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Açıqlamada qitələrarası ballistik raketin növü, hücumun hansı bölgəni hədəfə aldığı və ya hər hansı ziyana səbəb olub-olmadığı barədə məlumat verilməyib. Raketin Rusiyanın şərqindəki Həştərxan vilayətindən atıldığı iddia edilib.

Hücum Ukraynanın bu həftə Rusiya daxilindəki hədəfləri vurmaq üçün ABŞ və Britaniya istehsalı olan raketlərdən istifadə etməsindən sonra baş verib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью