Müharibədə Ukrayna tərəfdən 43 min hərbçi həlak olub

08.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ukraynada müharibə başlayandan indiyədək 43 min hərbçi həlak olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib. Zelenski, 370 min yaralıya yardım göstərildiyini deyib. Onu da bildirib ki, yaralıların yarısı yenidən xidmətə qayıdır.

“Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, – Prezident bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью