Müharibədən çıxmış Ermənistanı silahlandırmağa nə gərək var? | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Amerika Birləşmiş Ştatları əslində düz deyir, onlar silahları verərkən müəyyən öhdəliklərlə birlikdə verirlər".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, alan tərəf üzərinə öhdəlik götürür ki, silahlardan hansı şəraitdə istifadə edə bilməyəcək: "Bunu bilərək alır.
Amma burada başqa bir məqama diqqət çəkmək istərdim. Amerika Birləşmiş Ştatları Ermənistanı silahlandırır.
Əlbəttə ki, öhdəliklər var, amma o öhdəliklərə əməl ediləcəyinə kim təminat verir? Ermənistan balaca bir dövlətdir.
Aldığı silahlar Ermənistan ərazisində çox vaxt işə yaramayacaq. Çünki elə raketlər, silahlar var ki, onlar 300 km məsafəni vurur.
Ermənistan belə silahı alıb ondan öz ərazisində necə istifadə edəcək? Ermənistanın bir başından o başına heç 300 km deyil.
Tam oxu
Xəbəri oxu