Müharibədən hər kəs zərər görəcək Arakçı

18.03.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Avropa və ABŞ-ın bəzi siyasətçiləri İrana qarşı müharibənin ədalətsiz olduğunu bəyan edir.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X-dəki hesabında yazıb.

"Beynəlxalq ictimaiyyətin daha çox üzvü onlardan nümunə götürməlidir",- o bildirib və əlavə edib ki, qlobal nəticələr dalğası yenicə başlayıb və hər kəsə toxunacaq.

"Sərvətindən, dini etiqadından və ya irqindən asılı olmayaraq, hər kəs ziyan görəcək. Düşmənimiz birdir", - o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью