Müharibədən qaçan ruslar İrəvana köç edir

08.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Ermənistan 2022-ci ildə repressiyalardan və qismən səfərbərlikdən qaçan köçkünlər arasında populyar idi. 

İdi isə Ermənistan Rusiya mühacirətinin yeni dalğasına hazırlaşır, ölkədə mənzil kirayəsi onsuz da çətindir”.

“Cebheinfo.az” xəbər verir ki, bu, “Novaya Gazeta”-nın məqaləsində deyilir.

“Bir neçə həftə əvvəl başlayan və yeni çağırış dalğası barədə söhbətlərdən qaynaqlanan mühacirət dalğası gəlir. Ermənistan xarici pasportu olmayan ruslar üçün ən təhlükəsiz ölkədir.

2022-ci ildən bəri Ermənistanda yaşayan hüquq müdafiəçiləri Andrey və Yan bildirirlər ki, qanuna tabe olan və vergi ödəyən köçkünlər bu ölkədə özlərini təhlükəsiz hiss edirlər”.

Yan İrəvanda kirayə tələbatından danışıb. Bildirib ki, Ermənistanın paytaxtında hostellərdə və ucuz otellərdə qısamüddətli yaşayış yeri tapmaq artıq demək olar mümkün deyil

“Qadınlar üçün yalnız bir neçə yer qalıb. Uzunmüddətli kirayə qiymətləri 30-40% artıb”.

Ermənistana köçün hazırkı dalğasının miqyası səfərbərlik prosesindən asılıdır. Yan hazırkı dalğanın əsasən qeyri-siyasi olacağını proqnozlaşdırır: 

“Hazırda Ermənistanda Rusiyadan olan mühacirlər haqqında rəsmi statistika yoxdur. Ekspert məlumatlarına və müstəqil tədqiqatçıların araşdırmalarına əsasən, 2023-cü ilin əvvəlində Rusiyadan 100.000-120.000 mühacirin Ermənistanda yaşadığı təxmin edilə bilər. 

2024-cü ilə qədər gələnlərin  60%-i ölkədə qalıb. Hər üç nəfərdən biri ikinci dərəcəli mühacirət ölkələrinə köçüb. Hər on nəfərdən biri Rusiyaya qayıdıb”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью