Müharibədən qalan mina partladı: Ölənlər var

08.04.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran-İraq müharibəsindən qalan minanın partlaması nəticəsində iki iranlı sərhədçi patrul xidməti zamanı həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, İRNA-ya istinadən xəbər verir ki, Kürdüstan vilayətinin Sərhəd Qoşunlarının komandanı Ferec Rüstəmi məsələ ilə bağlı açıqlama verib.O bildirib ki, Kürdüstanın Bane sərhəd bölgəsində dünən gecə baş verən mina partlayışında iki sərhədçi həyatını itirib.Rüstəmi sözügedən minaların İran-İraq müharibəsindən qaldığını və son günlər yağan güclü yağışlar səbəbilə yer dəyişdiyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью