Müharibədən sonra ermənilər azərbaycanlılara konyak satırdı

27.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Sülh müqaviləsinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“44 günlük müharibədən sonra Qarabağ erməniləri ilə azərbaycanlılar arasında ticarət olub, ermənilər konyak satıb, pul alıblar. “Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik” illüziyası ilə yaşamağı dayandırın", - Simonyan deyib və əlavə edib ki, ad çəkməyəcək.

O, həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью