Müharibədən sonra o mövqe ermənilərdə qalmışdı Prezident açıqladı

18.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Suqovuşan oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində deyib.

“Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır”, – dövlət başçısı bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью