Müharibədən təsirli kadrlar yayıldı VİDEO

10.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günü ərəfəsində Əməkdar artist Hüsniyyə Mürvətova 2020-ci ildə Vətən müharibəsi zamanı lentə alınmış təsirli görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

"Cebheinfo.az" xəbər verir ki, videoda Əməkdar artistlər Hüsniyyə Mürvətova və Ehtiram Hüseynovun polkovnik Abdulla Qurbani ilə birlikdə səfərbərliklə orduya qoşulan əsgərləri Daşkəsən dağlarından Kəlbəcər istiqamətinə yola salması əks olunub.

Görüntülərdə sənət adamlarının əsgərlərə ruh yüksəkliyi verdiyi, onlara mənəvi dəstək göstərdiyi görünür.

2020-ci il oktyabrın 3-də lentə alınan bu kadrlar Vətən müharibəsinin ilk günlərində xalqın, sənət adamlarının və hərbçilərin vahid amal ətrafında birləşməsinin, cəbhəyə yollanan əsgərlərə göstərilən mənəvi dəstəyin təsirli nümunələrindəndir.

Hüsniyyə Mürvətovanın paylaşdığı görüntülər izləyicilərə həmin günləri, Vətən uğrunda döyüşə yollanan igid oğullarımızın əzmini və Qələbəyə aparan yolda nümayiş etdirilən birlik ruhunu bir daha xatırladıb.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью