Müharibələr davam edir: Bəs niyə neftimiz ucuzlaşır? FOTO | Icma.az
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyada hal-hazırda gedən müharibələr iqtisadiyyatın bir çox sahələrində qiymətlərin artmasını səbəb olur.
Lakin dünya iqtisadiyyatının önəmli dəyərlərindən olan neftin qiyməti ucuzlaşır.
Dünyanın böyük qara qızıl emalçılarından olan Rusiyaya artıq 2 ildən çoxdur ki, Ukrayna ilə etdiyi müharibəyə görə sanksiyalar tətbiq edilir.
Bundan başqa İranın da neft ixracı ilə bağlı sanksiya problemi var. Lakin buna baxmayaraq neft ucuzlaşmağa davam edir. Buna səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimov Avtosferin.az-ın suallarını cavablandıraraq deyib ki, neftin ucuzlaşması Azərbaycan neftinə də təsir göstərir.
Çünki bunlar birjada satılır: “Neft əslində ucuz deyil, amma ucuzlaşmağa doğru gedir. 75-80 dollarlıq qiymətlər yaxşı qiymətlərdir.
Bu da neftin çox ucuz olmadığını göstərir. Amma pandemiyadan sonra 110-120 dollar olmuşdu.
Tam oxu
Xəbəri oxu