“Müharibəni əbədi bitirdilər”

09.08.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Azərbaycan və Ermənistan müharibəni əbədi olaraq bitirmək barədə razılığa gəldi”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp üçtərəfli görüşdən sonra verdiyi açıqlamada deyib.

“Bu müqavilə ilə biz nəhayət sülhə nail olduq və sazişin mühüm elementlərini və mühüm sənədlərini imzaladığımız Oval kabineti təzəcə tərk etdik. Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları əbədi olaraq dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr açmağa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludurlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью