Müharibəni gələn il bitirmək üçün hər şeyi etməliyik Zelenski

16.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sentyabrda Donald Trampla görüşdüyünü xatırladan Ukrayna prezidenti Volodimir Zelenski, gələn il bu müharibənin diplomatik yollarla bitməsi üçün hər şeyi etməli olduqlarını bildirib. 

Redaktor.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna mediasına müsahibəsində Donald Trampın prezidentliyini və Rusiya ilə danışıqlarını dəyərləndirib.

Sentyabr ayında Donald Trampla çox yaxşı görüş keçirdiyini ifadə edən Zelenski deyib:

“Bu bizim üçün müsbət oldu. O, bizim müharibəni bitirmək üçün əsasımız haqqında eşitdi. Bizim münasibətimizin əleyhinə heç nə demədi". 

Seymur BƏNNAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью