“Müharibəni tezliklə bitirəcəyimizə ümidliyik” Vens optimistdir

18.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həllinin mümkünlüyü ilə bağlı nikbindir.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti J.D.Vens cümə günü Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdə deyib.

"Mən baş nazirə Rusiya və Ukrayna arasında aparılan danışıqlardakı bəzi məqamlar barədə danışmaq istəyirəm. Hətta son 24 saatda belə hesab edirik ki, bizim hesabat verəcəyimiz maraqlı şeylər ortaya çıxıb", - Vens Meloninin yanında jurnalistlərə deyib.

"Danışıqlar davam edir, hadisələri qabaqlaya bilmərəm, lakin biz bu müharibəyə son qoya biləcəyimizə ümid edirik", - ABŞ vitse-prezidenti əlavə edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью