Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İran-İsrail müharibəsi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, müharibənin 8-ci günündə İran səhər saatlarında Beerşeba bölgəsinə zərbələr endirib.
İran mətbuatının yazdığına görə, Negev səhrasındakı hücumların hədəfi Nevatim hava bazası olub.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İrandan İsrail istiqamətində atılan 4 pilotsuz uçuş aparatının (PUA) qarşısı alınıb. Bunlardan biri Hayfa üzərində vurulub, digər üçü isə Ölü dəniz üzərindən tapılıb.
Murad Məmmədli