Müharibənin ABŞ üçün xərci hesablanıb

02.03.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hücumların 4 həftə davam edə biləcəyi ilə bağlı açıqlamaları əməliyyatın ABŞ üçün maliyyə yükü barədə sualları da gündəmə gətirib. Hərbi gücünün əhəmiyyətli hissəsini bölgədə saxlayan ABŞ üçün uzanan əməliyyatın dəyəri milyardlarla dollarla ölçülə bilər.

Marja xarici mətbuata istinadən xəbər verir ki, hesablamalara görə, hərbi qüvvələrin bölgədə saxlanmasının gündəlik minimum xərci ABŞ müdafiə büdcəsinə 150–200 milyon dollara başa gələ bilər. Orta proqnozlara əsasən, Trampın qeyd etdiyi kimi əməliyyat 4 həftə davam edərsə, bu, ABŞ üçün 6–8 milyard dollar həcmində xərc yarada bilər. Bu məbləğ Trampın müdafiə büdcəsinin təxminən 1 faizinə bərabərdir.

Lakin İranın struktur və hərbi-coğrafi xüsusiyyətlərinin nə İraqa, nə də Əfqanıstana bənzəməməsi nəzərə alınarsa, proses uzanacağı təqdirdə müharibənin ABŞ üçün maliyyətinin 10–15 milyard dollara qədər yüksəlməsi də mümkün ssenarilər arasında göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью