Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”

29.01.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İran ABŞ-ın Abraham Linkoln təyyarədaşıyan gəmisinə qarşı “Şəhid Bageri” adlı dron daşıyan gəmini Hürmüz Boğazı yaxınlığına göndərib - məsafə cəmi 100 km. Gəmi insansız hava vasitələri və helikopterlərlə əməliyyat üçün hazırdır.

Sherg.az xəbər verir ki, İran həmçinin Basra Körfəzi boyunca "İran İnqilab Keşikçiləri” və Dəniz Sahili müdafiə sistemlərini yerləşdirib, ABŞ-ın hərbi əməliyyatlarını qarşılayacaq hazırlıqlarını tamamlayıb. Ekspertlər bildirir ki, İranın İHA potensialı ABŞ gəmiləri üçün ciddi təhlükə yaradır.

ABŞ Prezidenti Tramp isə İranın nüvə proqramı ilə bağlı razılığa gəlməməsi halında sərt hərbi addım atacağını və 30 yanvara qədər donanma ablukası tətbiq ediləcəyini açıqlayıb.

Orta Şərqdə qarşıdurmanın hər an genişlənmə riski yüksəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью