Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
HƏMAS rəhbərlərindən biri Xəlil əl-Hayiyə İsraillə əldə olunan razılaşmanı elan edərək bildirib ki, hərəkat müharibənin başa çatdığını bəyan edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Əl-Hayiyənin sözlərinə görə, razılaşma Qəzza zolağının cənubundakı Rafa sərhəd keçidinin hər iki istiqamətdə açılmasını nəzərdə tutur. Bu addım bölgəyə humanitar yardımın daxil olmasına və mülki əhalinin təhlükəsiz keçidinə şərait yaradacaq.
Hazırda tərəflərin razılaşmanın təfərrüatlarını rəsmi şəkildə təsdiqləməsi gözlənilir.
Tahir Turan
Globalinfo.az