Müharibənin Cənubi Qafqaz üzerində təsirləri Politoloq açıqladı | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna-Rusiya müharibəsi, artıq bir çox ölkələrin birbaşa və ya dolayısıyla iştirak etdiyi qlobal bir münaqişəyə çevrilməkdədir.
ABŞ və Böyük Britaniya Ukraynanın Rusiya ərazisinə öz raketlərindən istifadə edərək vurmaq icazəsi verməsi müharibənin eskalasiyasını artıran bir faktor kimi qiymətləndirilə bilər.
Buna səbəb Rusiya tərəfinin müharibəyə üçüncü tərəfləri cəlb etməsi ilə bağlıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Murad Sadəddinov deyib.
Politoloq qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi, yalnız Ukrayna və Rusiya arasındakı döyüşlərdən ibarət olmayıb, dünya miqyasında bir sıra mühüm geosiyasi və iqtisadi təsirlərə səbəb olub: “Rusiya artıq canlı qüvvə cəlb etmək üçün Şimali Koreya ilə əməkdaşlıq qurub və təxminən 10 minə yaxın hərbi qüvvə Şimali Koreyadan Rusiya tərəfində döyüşmək üçün gətirilib.
Həmçinin, bu sayın daha da artırılması barədə xəbərlər mövcuddur.
Bu, müharibənin eskalasiyasına səbəb olub, çünki artıq Ukrayna-Rusiya münaqişəsinə üçüncü tərəf daxil olub və müharibənin miqyası daha da genişlənib.Bu vəziyyətdə, Qərb ölkələri, xüsusən də Almaniya və ABŞ, Rusiya tərəfinin hərbi fəaliyyətlərinə cavab olaraq daha sərt tədbirlər görmək qərarına gəlib.
Tam oxu
Xəbəri oxu