Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukraynanın Rusiyaya hücumlarını artırmaqda və enerji infrastrukturunu hədəf almaqda məqsəd Moskvanı danışıqlar masasında prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaqdır. Kiyev Avropa İttifaqının dəstəyi ilə bu ssenari üzrə hərəkət edir”.
Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Redaktor.az-a açqlamasında dedi.
Lakin onun fikrincə, cəbhədəki real mənzərə Ukraynanın bu planının yaxın perspektivdə gerçəkləşəcəyini özündə ehtiva etmir:
“Uzun müddətli tükəndirmə müharibəsi isə Rusiya ilə yanaşı Ukraynanın da maraqlarına cavab vermir. Ukraynanın ordunu formlaşdırmaqda çətinlik çəkməsi əsas problemlərdən biridir. Avropa İttifaqında qaçqın olan ukraynalılarla bağlı yanaşmaların sərtləşdirilməsi isə onların cəbhəyə geri göndərilməsinə hesablanıb. Bu da onu deməyə əsas verir ki, hələ nə Rusiya, nə də Ukrayna-Avropa tükəndirmə strategiyasındanm geri çəkilmək niyyətində deyil. Ona görə də müharibənin daha da şiddətlənəcəyi ehtimalı böyükdür”.
NURİYYƏ