“Müharibənin gedişatını dəyişmək üçün Ukraynaya dəstəyi artırmalıyıq...” | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ruttenin sözlərinə görə, Rusiyanın NATO ölkələrinə qarşı düşmənçilik fəaliyyəti də güclənir...
...NATO ölkələri Ukraynaya daha çox dəstək verməlidir. Bu yolla müharibənin gedişatını dəyişmək olar.
SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna bu barədə NATO-nun baş katibi Mark Ruttenin bəyanatına istinadən yazır.
Onun sözlərinə görə, müharibənin qarşısını almaq üçün ona hazırlaşmaq lazımdır. ...Müharibə düşüncəsinə keçməyin vaxtıdır.
Müdafiəmizi gücləndirməli, daha çox xərcləməli və daha yaxşı silahlar istehsal etməliyik.
Müharibənin gedişatını dəyişmək üçün Ukraynaya daha çox dəstək verməliyik. Hamımız bu müharibənin bitməsini istəyirik.
Amma biz hər şeydən əvvəl sülhün də davam etməsini istəyirik.
Tam oxu
Xəbəri oxu