Müharibənin sonu yaxınlaşır Zelenski

20.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə münaqişənin “mümkün sonu” yaxınlaşır.

"Unikal" xəbər verir ki, onun sözlərini "RBC-Ukrayna" sitat gətirib.

"Müharibənin mümkün sonuna yaxınlaşırıq. Mən sizə əminliklə deyə bilərəm. Bu, o demək deyil ki, o, mütləq bitəcək, lakin prezident Tramp Yaxın Şərqdə çox şey əldə edib", - Zelenski bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə Moskva və Kiyev arasında hərbi əməliyyatların dayandırılması üçün güclü siyasi tələb yaranır. 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью