Müharibənin taleyi dəyişir! ABŞ və Çin razılığa gəldilər

15.04.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp cari hadisələrlə bağlı açıqlamasında Çinlə davam edən təmaslara da toxunub və Pekin rəhbərliyinin İrana silah göndərməmək barədə razılığa gəldiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp deyib: “Çin mənim Hörmüz boğazını yenidən açmağımdan çox məmnundur. Mən bunu həm onlar, həm də dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər”.

“Fox News”a müsahibəsində Tramp Çin Prezidenti Si Cinpinlə münasibətlərinə də toxunaraq bildirib: “Bir neçə həftədən sonra ora səfər edəndə prezident Si məni səmimi qarşılayacaq. Biz birlikdə ağıllı və çox yaxşı işləyirik. Bu, münaqişədən daha yaxşı deyilmi? Amma unutmayın ki, məcbur qalsaq, döyüşməkdə də çox güclüyük – hamıdan daha güclü”.

Tramp həmçinin FTB-nin Çindən qaynaqlandığı iddia edilən böyük kiberhücumla bağlı suala belə cavab verib: “Biz onlara edirik, onlar da bizə edir. Vəziyyət belədir. Çin – Çindir.”

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью