Müharibənin taleyi həll olunur Putin Ukrayna ilə danışıqları elan etdi!

07.11.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirərək ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların başlanacağı tarixi açıqlayıb.

Turkustan.az xəbər verir ki, Putin noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların başlamasının planlaşdırıldığını bildirib.

Rusiya lideri görüşün təşkilinə göstərdiyi dəstəyə görə BƏƏ rəhbərliyinə təşəkkür edib.

Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər və hərbi rəhbərliyinin yüksəkvəzifəli nümayəndələri də iştirak ediblər. Onların arasında xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin də olub.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, üçtərəfli danışıqlar noyabrın 10-11-də keçiriləcək.

Onun sözlərinə görə, görüşlərin əsas mövzusu təhlükəsizlik məsələləri və təhlükəsizlik təminatlarının verilməsi olacaq. Danışıqlar qapalı qapılar arxasında aparılacaq./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью