Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İsrail və ABŞ-yə qarşı müdafiə əməliyyatlara İran ordusunun komandanı, general-leytenant Əmir Hətəmi rəhbərlik edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İranlı junalist İsfəndiyar Hacəçi sosial medaida məlumat yayıb.
Qeyd edilir ki, İranın sabiq müdafiə naziri olan Əmir Hətəmi Zəncan şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. O, hazırda İran ordusunun (Ərteş) komandanı və baş Qərargah rəisidir. Əməliyyat planlamasına nəzarət edən Hətəmi Həsən Ruhani dövründə müdafiə naziri vəzifəsində çalışıb. O və yeni müdafiə naziri Mehdrad Əxlaqi eyni zamanda İranın raket sənayesində məsul şəxslərdir.
“Ayətullah Müctəba Xameneyi Yəhya Rəhim Səfəvini geri çəkib. Onun rolu dəyişəcək. Yeni hücumlar ərəfəsində onun rolu İranda ötən ilin iyulunda olduğu kimi mülki və hərbi sektorlar arasında əlaqəni təmin etmək olacaq. Səfəvi daha çox dövlət aparatının qorunması işinə keçirilir. Hərbi planlama isə birbaşa orduya və baş qərargaha verilir. Şübhəsiz ki, SEPAH və onun 31 strukturu da öz rolunu oynayacaq. Onlara isə SEPAH komandanın müavini Mustafa İzadi rəhbərlik edəcək. Beləliklə, əməliyyatlara Əmir Hətəmi (Ordu) və Mustafa İzadi (SEPAH) nəzarət edəcək.
Mənbələrə əsasən, Əhməd Vahidi və Yəhya Rəhim Səfəvi geri çəkilir və onlar əsasən dövlət aparatını qorumaq məsələsinə baxacaqlar. Görünür, Müctəba hər ikisini qorumağa üstünlük verir”,- deyə məlumatda bildirilir. Həmçinin qeyd edilir ki, Müctəba Xameneyi Yəhya Rəhim Səfəvinin publik çıxışlarını qeyri-müəyyən müddətə qadağan edib. O, artıq kölgə fəaliyyəti göstərəcək və yalnız Ali Təhlükəsizlik Şurası və ali rəhbər, habelə prezidentlə əlaqədə olacaq. Ona ictimai çıxışları azaltması tapşırılıb. Eyni zamanda, bundan sonra ordu və SEPAH adından, eləcə də dini rəhbərin adından prezident və Ali Təhlükəsizlik Şurasının sədri Möhsün Rezayi çıxış edəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: İsrail və ABŞ Əmir Hətəmi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin