Müharibəyə görə 30a yaxın İsrail əsgəri intihar edib

04.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

2023-cü ilin oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsində 891 İsrail əsgəri həlak olub, 5569 əsgər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb. 

Bildirilir ki, orduda psixoloji zədə alan əsgərlərin sayında da artım olub. Məlumata görə, oktyabrın 7-dən bu yana intihar edən əsgərlərin sayı 28-ə yüksəlib.

"İsrail böyük itki verdi. Hər bir insan vacibdir. Biz ağrılı itkiləri azaltmaq üçün əlimizdən gələni etdik", - İsrail Ordusunun rəsmisi açıqlamasında bildirilib.  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью