Müharibəyə son qoyulmalıdır! Fidan

03.01.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quentin ilə görüşüb.

Modern.az xəbər verir ki, nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Fidan bildirib ki, danışıqlar zamanı Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı fikir mübadiləsi aparılıb.

“21-ci əsrdə Avropanın mərkəzində yüz minlərlə insanın həyatına son qoyan və bütöv bir ölkəni məhv edən müharibə mümkün qədər tez başa çatmalıdır. Bu müharibənin yaratdığı miqrasiya, iqtisadi və digər böhranlar ən qısa zamanda dayandırılmalıdır”, - deyə Hakan Fidan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью