Mühasibat uçotu ilə bağlı qanun DƏYİŞİR Yeni sistemlə ƏVƏZ OLUNACAQ

23.01.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Büdcə təşkilatları və dövlət qurumu arasında dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarının təqdimatı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə ediləcək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, bu Qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən  dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (Rəqəmsal dövlət maliyyəsi) vasitəsilə həyata keçiriləcək.
Bundan əlavə, informasiya sistemi olan “e-mühasibat” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ilə əvəz olunacaq.
“Mühasibat uçotu haqqında” Qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi, yəni “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi ilə əvəz olunacaq.
 

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin edəcək.


Mövcud qanunvericiliyə görə, “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsinə edilən təkliflə bu müddəanın qanunvericilikdən çıxarılacaq.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью