Mühərriki alovlanan təyyarədə çaxnaşma videoya düşüb

28.01.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

...Boliviyanın milli aviaşirkəti “Boliviana de Aviacion”a məxsus təyyarənin mühərriki Koçabamba şəhərinin hava limanında yanıb.
SİA xəbər verir ki, bu barədə Los Tiempos nəşri məlumat yayıb.

Yanğın Boeing 737-700 təyyarəsi uçuşa hazırlanarkən baş verib.

Bu isə salonda çaxnaşmaya səbəb olub ki, bu da videoya düşüb.

Sərnişinlərin təcili sürüşmə vasitəsi ilə təyyarədən təxliyyə edildiyi bildirilir. Eyni zamanda, uçuş iştirakçılarının bəziləri əşyalarını baqaj rəflərindən çıxararaq, digərlərini gecikdiriblər. Lakin hadisə zamanı xəsarət alan olmayıb. Yanğının mexaniki nasazlıq nəticəsində baş verdiyi ehtimal edilir.

Bundan əvvəl hava limanında ildırımın British Airways-ə məxsus təyyarənin quyruq üzgəcinə dəydiyi an videosu çəkilib.

Videonu sərnişinlərdən biri lentə alıb.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью