Mühüm görüşə dəqiqələr qalır: Nümayəndə heyətləri HAZIRLAŞIR

23.08.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü ərəfəsində iki ölkənin nümayəndə heyətləri hazırlıq işləri görürlər.

BAKU.WS xəbər verir ki, görüşün keçiriləcəyi məkanda Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin hazırlıq prosesindən görüntülər qeydə alınıb.

Görüntülərdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin yüksəksəviyyəli görüşdən əvvəl son hazırlıq işlərini həyata keçirdikləri əks olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan liderləri arasında yüksəksəviyyəli danışıqların keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью