GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın nadir torpaq metalları ehtiyatları arasında litium, kobalt kimi minerallar var. Hazırda bu istiqamətdə böyük mübarizə gedir.
Məlumata görə, Kiyev litium ehtiyatlarına görə Avropada ilk sıralarda yer alır.
Ukraynanın sərvətlərini ələ keçirən və ya pay sahibi olan ölkələrin ciddi uğur qazanacağı bildirilir.
Britaniya, Almaniya kimi qüdrətli ölkələrin Ukrayna sərvətlərinə ortaq olmaq barəsində planları ola bilərmi?
Avropa bu məsələdə ABŞ-a məğlub olmaq istəmir deyə bilərikmi?
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, hazırda Ukraynanın təbii sərvətləri uğrunda mübarizə başlayıb: “Bu mübarizədə Avropa İttifaqı ölkələrinin hansısa uğur qazanacağı və yaxud da pay ələ keçirəcəyi inandırıcı görünmür.
Çünki Ukraynanın təbii sərvətlərinə ABŞ göz dikib. Donald Tramp administrasiyası Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı rəsmi Ki