Mühüm sərəncam: Muxtarzadə yüksək vəzifəyə təyin olundu

12.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Abbas Muxtarzadə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Qeyd edək ki, sentyabrın 28-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin sabiq rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью